Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8323 manat/1EUR səviyyəsində (fevralın 6-na 1.8274 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB (6 fevral - 0.0188 manat/1RUB) səviyyəsində müəyyən edib.
AMB fevralın 8-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0556 manat/1TRY (6 fevral - 0.0556 manat/1TRY) səviyyəsində müəyyən edib.**
N.Abbasova