Rusiya Federasiyasının prezidenti Vladimir Putin telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edib və ona belə yüksək dövlət postunda fəaliyyətində yeni uğurlar arzulayıb.
«Rusiya-Azərbaycan strateji tərəfdaşlığın və müttəfiqliyin gələcəkdə inkişafına qarşılıqlı maraq təsdiq olunub», - Kremlin mətbuat xidmətindən məlumat verilir.
Məlumata görə, şəxsi təmasların davam etdirilməsi şərtləşib.
Həmçinin, İlham Əliyevə təbrik teleqramı ünvanlanıb. **
İnformasiya şöbəsi