Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Mini qəbul edib.
Azərbaycan liderinin saytında məlumat verilir ki, Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirdi.
Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirdi.Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən baş katib mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd etdi.
Öz növbəsində, Əliyev Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirdi, ölkəmizin, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğuladı.
Həmçinin, tərəflər COP29 çərçivəsində Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. **
X.Nəsirzadə