Xocalı rayonunda (Qarabağ regionu) Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıq aşkar edilib.
Azərbaycan mətbuatı məlumat verir ki, Xocalı soyqırımı (1992-ci ilin fevral ayında - İF) zamanı həlak olduqları ehtimal olunan 8 nəfərin qalığı aşkarlanıb.
“Hazırda ərazidə davam edən axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir”, - KİV vurğulayır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhəri sakinlərinin kütləvi qətliamı Birinci Qarabağ müharibəsi dövründə baş vermiş ən böyük və ən qəddar qətliam kimi tanınıb. Yolda donaraq ölənlərin sayı 613 nəfər təşkil edib, 150 nəfər itkin düşüb. **
X.Nəsirzadə