2024-cü il yanvar ayının yekunları üzrə Azərbaycandan qeyri-neft ixracı $222 milyon təşkil edib, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Xəbər verildiyi kimi, 2023-cü ilin yekunları üzrə Azərbaycandan qeyri-neft ixracı $3,3 milyard təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 9,8% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ildə qeyri-neft ixracın həcmi $5,3 milyarda qədər artacaq. **
B.Rüstəmbəyov