2024-cü ilin yanvar ayında Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $74,1 milyon təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 10,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
İxracın ümumi həcmində aqrar məhsulların payı $58,7 milyon (+22,5%), aqrar sənaye məhsullarının payı $15,4 milyon (-19,4%) təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $969,2 milyon təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 6,2% çoxdur. İxracın ümumi həcmində aqrar məhsulların payı $768,2 milyon (+7,1%), aqrar sənaye məhsullarının payı $201 milyon (+3,2%) təşkil edib. **
B.Rüstəmbəyov