Gürcüstanın baş naziri İrakli Kobaxidze təyin olunub, parlament ona və yeni hökumətə etimad votumu elan edib.
Yeni hökumətdə yalnız Gürcüstanın müdafiə naziri dəyişib. Bu posta parlamentin keçmiş vitse-spikeri İrakli Çikovani təyin olunub.
«Mən göstərilən etimada görə minnətdaram və onu doğruldacağam”, - Kobaxidze səsvermədən sonra bildirib.
Parlamentdə hökumətin proqramını təqdim edən Kobaxidze qeyd edib ki, bu proqram əsasən ölkədə həyata keçirilən, əvvəlki hökumətin dövründə başlayan layihələrin başa çatdırılmasına yönəlib.
«Parlament seçkilərində qələbədən sonra hakim “Gürcü arzusu” partiyasında 2025-2028-ci illər üçün yeni hökumət proqramını təqdim edəcəyik», - Kobaxidze bildirib.
O qeyd edib ki, yaxın aylar ərzində hökumət Gürcüstanın iqtisadi inkişafı, təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, sosial layihələrin dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirəcək. **