ABŞ hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlardan imtina etməyə razı salmaqla səhv edib və indi bu vəziyyətdən layiqincə çıxış yolu axtarmalıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Əgər Ukrayna Prezidenti Zelenskinin administrasiyası danışıqlardan imtina edibsə, düşünürəm ki, bu, Vaşinqtonun göstərişi ilə edilib. Vaşinqton bunun səhv qərar olduğunu hesab edirsə, o zaman bu qərardan əl çəksin və heç kimi incitməyəcək başqa bir həll tapsın”, - deyə Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Onun sözlərinə görə, yanlış qərarı ABŞ verdiyi üçün onun səhvlərini Rusiya düzəltməməlidir.*