Albaniya Respublikasının baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Edi Rama “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: “Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlerin 93,35%-nin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,05% səslə liderlik edir. Seçkilərdə seçici fəallığı 76,73% təşkil edib.*
B.Rüstəmbəyov