Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun investisiya şirkətləri, Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinin (MDM) rəhbərləri ilə növbəti görüşü keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-nin sosial şəbəkə hesablarındakı paylaşımına istinadən xəbər verir ki, görüş zamanı qlobal iqtisadiyyatda son durum, ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivlik müzakirə olunub.
Bundan başqa, görüş iştirakçıları ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, qarşıda duran strateji prioritetlər, maliyyə sektorunun inkişaf strategiyasından (2024-2026-cı illər – İF) irəli gələn məsələlərə dair fikir mübadiləsi aparıblar.*
R.Əhmədov