Elm və Təhsil Nazirliyi respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri, kommmunal-kommunikasiya və abadlıq işlərinə 5,3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Fərid” MMC ilə 5 milyon 299,449 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər iki ay ərzində yerinə yetirilməlidir.*
B.Rüstəmbəyov