“KazTransOil” SC yanvarda Aktau limanından 287 min ton neft nəql edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 36% çoxdur. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Aktau limanından Bakı limanı istiqamətində nəqlin həcmi iki dəfə artaraq 116 min ton təşkil edib.
Aktau limanından Mahaçqala limanı istiqamətində 171 min ton Qazaxıstan nefti (artım 11%) göndərilib.
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Həmin göstərişə uyğun olaraq “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən neftin ildə 1,5 milyon tonunun Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.*