İsrail aviasiyası cümə gününə keçən gecə Qəzza zolağının cənubundakı Rəfah şəhərinə yenidən zərbələr endirib. Bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Endirilən zərbələr nəticəsində 12 nəfər həlak olub. Qəzza zolağının Səhiyyə Nazirliyi isə qadın və uşaqlar da daxil olmaqla ən azı 9 nəfərin öldüyünü bildirib.*