Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumun ekspertlər qrupu ilə görüşüb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hazırda Qlobal Forum tərəfindən Azərbaycan üzrə qiymətləndirmənin yeni mərhələsi başlayıb. 2023-cü ilin sentyabr ayında start verilmiş proses çərçivəsində Qlobal Forumun qiymətləndirici ekspertlər qrupu Bakıya səfərə gəlib. Qiymətləndirmə prosesi çərçivəsində ekspertlərin digər dövlət qurumları və öhdəlik daşıyan şəxslərlə görüşləri nəzərdə tutulur.
Qiymətləndirmə prosesi çərçivəsində ölkədə sahiblik (hüquqi və benefisiar), mühasibat uçotu və bank məlumatlarının, sənədlərinin mövcudluğu və aktuallığı, vergi orqanlarının həmin məlumatların əldə edilməsi hüquqları, beynəlxalq mübadilə üçün mövcud olan mexanizmlər kimi elementlər yoxlanılır.
Yekun reytinqin 2024-cü ilin sonunda təsdiqi gözlənilir.*
B.Rüstəmbəyov