Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının istefa verməsini şərh etməyib.
“Bu, Ukraynanın daxili işidir və ölkə rəhbərinin səlahiyyətinə aiddir. Aİ Ukraynaya dəstəyini davam etdirəcək”, - deyə Avropa xarici siyasət xidmətinin nümayəndəsi Nəbilə Massralı bu gün Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Aİ Ukrayna Silahlı Qüvvələrinə kimin başçılıq etməsindən asılı olmayaraq bu ölkəni dəstəkləməyi öhdəsinə götürüb”, - deyə o bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 8-də general-polkovnik Aleksandr Sırskini Silahlı Qüvvələrin baş komandanı təyin edib.*