SOCAR 2023-cü ildə 7 milyon 736,202 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2022-ci ildə SOCAR 7 milyon 785,286 min ton neft hasil edib. Beləliklə, 2023-cü ildə neft hasilatı 0,6% azalıb.
“2022-ci illə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz hasilatında isə 4% artım qeydə alınıb”, - deyə məlumatda bildirilir.
2023-cü ildə SOCAR tərəfindən faktiki olaraq 8 milyard 390,738 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova