Suriya Müdafiə Nazirliyi xəbər verir ki, şənbəyə keçən gecə İsrail Dəməşq ətrafında bir sıra kənd rayonlarına raket hücumu həyata keçirib.
«Hava hücumundan müdafiə vasitələrimiz raketlərin bəzilərini ələ keçirib və vurub», - nazirliyin rəsmi saytında deyilir.
Məlumatda qeyd olunur ki, İsrailin hücumu onun işğal etdiyi Qolan yüksəklikləri tərəfindən həyata keçirilib və «bəzi maddi itkilərə səbəb olub». **