Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan–Çin münasibətlərinin cari inkişafını müsbət qiymətləndirir və onların gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə edir.
“Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm”, - Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
“Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”. **
X.Nəsirzadə