Bakı və İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələləri müzakirə ediblər. Bu barədə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan məlumat verib.
"Hər iki ölkə tərəfindən təsdiqlənmiş iş qaydası var. (…). Növbəti görüş barədə hələ razılığımız yoxdur, lakin düşünürəm ki, yaxın gələcəkdə onu təşkil edəcəyik. Biz hüquqi bazaya malik topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsasla tərtib olunması, hansı hüquqi əsasla hazırlanması çox vacibdir, bu məntiq Almatı bəyannaməsinin məntiqindən irəli gəlməlidir", - Qriqoryan “news.am” nəşrinə bildirib.
Onun sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası üçün çox sayda materiallar lazımdır. «İşlər lap çoxdur və demək olmaz ki, hər şey bir yerdə cəmləşib», - o əlavə edib. **
İnformasiya şöbəsi