Şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Beyrutda Livanın “Hizbullah” hərəkatının rəhbəri Seyid Həsən Nəsrulah ilə Livanın cənubundakı və Qəzzadakı vəziyyəti müzakirə edib. Bu barədə “Tasnim” agentliyi xəbər verir.
Bildirilir ki, tərəflər bir sıra ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Xüsusilə, Fələstində, Qəzza zolağında və Livanın cənubunda vəziyyət müzakirə olunub.
Görüşdə həmçinin İranın Beyrutdakı səfiri Müctəba Əmani, İran XİN başçısının müşaviri Əli Əsgər Hacı və İran XİN-in Qərbi Asiya və Şimali Afrika şöbəsinin baş direktoru Mehdi Şüştəri iştirak edib.
Agentlik qeyd edir ki, Beyrut Abdullahianın regional turunun ilk nöqtəsi olubr. O, Livandan Suriyanın paytaxtı Dəməşqə yola düşəcək. **