İsrail hökuməti fələstinlilər üçün humanitar yardımın boşaldılmasını Aşdod limanında dayandrıb. Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat verib.
«İsrail hökuməti tərəfindən son məhdudiyyətlər səbəbindən 1,1 milyon insan üçün ərzaq yükü İsrail limanında ləngiyir», - Agentliyin “X” hesabında məlumat verilir.
Məlumatda qeyd olunur ki, söhbət «düyü, un, noxus, şəkər və bitki yağı olan 1049 ədəd konteynerdən» gedir.
“Associated Press” agentliyinin məlumatına görə, Agentliyin direktoru Filippe Ladzarini məlumat verib ki, Türkiyədən gələn humanitar yardım yükü bir neçə həftədir Aşdod limanındadır. Bununla yanaşı, israilli podratçı məlumat verib ki, Israilin gömrük xidmətindən Agentliyin heç bir yükü ilə işləməmək göstərişi ilə bağlı zəng gəlib. **