Vaşinqton hər hansı bir ölkəyə təmənnasız yardım etməkdən imtina etməli və yalnız borc şəklində vəsait ayırmalıdır. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Senat pul şəklində təmənnasız xarici yardımı dayandırmalıdır, vəsait yalnız kredit şəklində ayrılmalıdır.
Tramp vurğulayıb ki, vəsait əlverişli şərtlərlə, yəni faizsiz və qeyri-məhdud müddətə ayrıla bilər.*
V.Əliyev