Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “X” sosial şəbəkəsindəki paylaşımında İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edə biləcəyindən narahatlığını bildirib.
“Rəfaha hərbi hücum perspektivindən çox narahatam – Qəzza əhalisinin yarıdan çoxu bu əraziyə sığınıb”, - deyə o bildirib.
Kemeron davamlı atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.*