Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
“Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur”, - deyə təbrikdə bildirilir.
Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə əminliyini ifadə edib.*
V.Əliyev