İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumu girov mübadiləsi və atəşkəsə dair yeni razılaşma ilə bağlı danışıqlara son qoyacaq. “The Times of Israel” nəşri xəbər verir ki, bunu HƏMAS-ın nümayəndəsi “Əl-Əqsa” telekanalının efirində deyib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ABC telekanalına bildirmişdi ki, İsrail hərbçiləri HƏMAS-ın Rəfahdakı dəstələrini ləğv etməkdə qətiyyətlidirlər.
Öz növbəsində, HƏMAS-ın nümayəndəsi Məhəmməd Nizal “Al Jazeera” telekanalına bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqlar davam edir.
“Netanyahu hakimiyyətdə qalmaq üçün müharibəni davam etdirmək istəyir. O, döyüşləri noyabr ayında ABŞ-da keçiriləcək seçkilərə - Donald Trampın qələbəsinə qədər davam etdirmək niyyətindədir”, - deyə Nizal qeyd edib.*