Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına isə sürətli inkişaf və çiçəklənmə arzulayıb.
Küveyt Dövlətinin Baş naziri Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da Azərbaycan liderini seçkilərdə qələbəsi münasibətilə təbrik edib.*
V.Əliyev