ABŞ hərbçiləri fevralın 10-da özünümüdafiə məqsədilə Yəməndə qiyamçı husilərin iki pilotsuz katerini və üç mobil gəmi əleyhinə raketini uğurla vurublar. Bu barədə bazar günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Yəməndə husilərin nəzarətində olan ərazilərdə yerləşən bu katerlər və raketlər ABŞ HDQ-nin gəmiləri və regiondakı mülki gəmilər üçün bilavasitə təhlükə yaradır”, - deyə komandanlığın “X” sosial şəbəkəsindəki hesabında bildirilib.*