Fransa Prezidenti Emmanuel Makron fevralın 13-14-də Ukraynaya baş tutmalı olan səfərini təxirə salıb. Bu barədə “Challenges” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Yelisey sarayı səfərin təxirə salınmasını təhlükəsizlik səbəbi ilə izah edib.
“Challenges” yazır ki, Makron Kiyevə yola düşməzdən əvvəl Odessaya səfər etməli idi.
Makronun Ukraynaya səfərinin yeni tarixi barədə məlumat verilmir.*