Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq. Biz bu nöqtədəyik və güman edirəm ki, siyasi iradə olarsa, prezident seçkilərindən (Azərbaycanda – İF) sonra bu bəndlərin (razılaşdırılmış - İF) həyata keçirilməsinə nail ola biləcəyik”, – deyə o, “The Telegraph” qəzetinə müsahibəsində bildirib.*