Dövlət Gömrük Komitəsi (DGK) 2024-cü ilin yanvar ayında dövlət büdcəsinə 473 milyon 728,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar ayında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 506 milyon 779,6 min manat təşkil edib. Beləliklə, 2024-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 6,52% azalıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 314 milyon 877,5 min manat (azalma 13,9%), aksizlər üzrə 18 milyon 507,3 min manat (artım 24,7%), yol vergisi üzrə 3 milyon 391,8 min manat (azalma 23,7%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 136 milyon 951,8 min manat məbləğində (artım 12,3%) olub.
2024-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5,9 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov