İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Meksika Konqresinin üzvü və Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Agentliyin icraçı direktoru Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, eləcə də AZPROMO-nun nümayəndələrinin bu il Meksikaya planlaşdırılan səfəri zamanı qarşıda duran hədəflər haqqında məlumat verib”, - deyə AZPROMO-dan bildirilib.
Onun sözlərinə görə, səfər proqramına Meksikanın iri şirkətlərinin nümayəndələri ilə görüşlər daxil ediləcək.
A.V.Viyeqas ölkələr arasında ticarət mübadiləsinin genişlənməsi, xüsusilə Azərbaycandan Meksikaya ixrac əməliyyatlarının artırılması perspektivlərini yüksək qiymətləndirib.
O, hər iki ölkənin səfirlərinin bu istiqamətdə aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb, o cümlədən AZPROMO-nun planlaşdırılan səfəri zamanı əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.*
B.Rüstəmbəyov