Fevralın 12-nə qədər Azərbaycan və Türkiyə Rusiyaya 19,9 milyon ədəd yumurta ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.
“Fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 2,4 milyon ədəd, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub”, - deyə məlumatda bildirilib.*
R.Əhmədov