ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi yeni vəzifəyə təyin olunacaq. Bu barədə “Associated Press” məlumat yayıb.
O, ABŞ Prezidentinin köməkçisi olacaq və bütün qurumlar arasında informasiya siyasətini əlaqələndirəcək komandaya rəhbərlik edəcək.
Bundan başqa, Kirbi jurnalistlər üçün keçirilən brifinqlərdə iştirak etməyə davam edəcək.*