İsrailin Qəzza zolağında HƏMAS-ın əsirliyində olan girovların azad edilməsi haqqında saziş bağlamaq üçün bir aydan az vaxtı qalıb. İsrailin keçmiş baş naziri və müxalifət lideri Yair Lapid belə hesab edir.
Onun sözlərinə görə, İsrail girovlarla bağlı razılaşmanın əldə edilməsi üçün hətta ən kiçik şansı belə əldən verə bilməz.
Lapid bildirib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində mümkün əməliyyat təxirə salınmalıdır. “Amerikalılarla və xüsusilə də misirlilərlə çox böyük siyasi işlər aparılmalıdır. Bu, anklavın şimalında və ya mərkəzi hissəsindəki düşərgələrdə gördüyümüzdən tamamilə fərqli bir əməliyyat olacaq. İsrailin buna hazırlaşması üçün vaxt lazımdır”, - deyə o qeyd edib.
Öz növbəsində,İsrailin baş naziri Benyamin Netanyahu niderlandlı həmkarı Mark Rutte ilə görüşdə bildirib ki, İsrail HƏMAS üzərində tam qələbə qazanana qədər əməliyyatları davam etdirəcək.*