Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik məktubu ünvanlayıb.
“Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır”, - deyə təbrikdə bildirilir.
İohannis Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyib.
“Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm. Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir”, - deyə Rumıniya Prezidenti qeyd edib.
O, Əliyevi iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edib.*
N.Abbasova