İsrail qoşunlarının Qəzza zolağındakı Rəfaha genişmiqyaslı hücumu humanitar fəlakətə səbəb olacaq, beynəlxalq ictimaiyyət hadisələrin bu cür inkişafına yol verməməlidir. Qərb mətbuatı xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.
“Dünya bunun baş verməsinə imkan verməməlidir”, - deyə o bildirib.
“Misirlə sərhəddə qaçmağa yeri olmayan 1,5 milyon fələstinlinin olduğu Rəfaha mümkün genişmiqyaslı hücum çoxlu sayda mülki şəxsin, əsasən də uşaqların və qadınların həlak olacağını və ya yaralanacağını nəzərə alsaq, dəhşətə gətirir”, - deyə ali komissar qeyd edib.*