İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
“İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik”, - deyə Azərbaycan liderinin saytında dərc olunmuş təbrik məktubunda bildirilir.
“Biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik”, - deyə Meloni qeyd edib.*
Xəbərlər şöbəsi