Dövlət Sərhəd Xidməti (DSX) məlumat verib ki, fevralın 12-də Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq çərşənbə axşamı “qisas əməliyyatı” keçirilib.
“Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub”, - “İnterafks-Azərbaycan” DSX-nin məlumatına istinadən xəbər verir.
DSX məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumat verir.
“Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir”,- DSX vurğulayır.
Həmçinin, qeyd olunub ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. **
X.Nəsirzadə