Çərşənbə axşamı Moldova prezidenti Maya Sandu Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, söhbət zamanı Bakı ilə Kişinev arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu barədə Azərbaycan dövlət baçısının Mətbuat Xidmətindən məlumat verilir.
“Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Sandu Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Öz növbəsində, Əliyev göstərilən diqqətə və təbrikə görə Sanduya minnətdarlığını bildirib. **
R.Kərimov