2024-cü ilin yanvar ayında Azərbaycanda inflyasiya 2023-cü ilin dekabr ayında qeydə alınmış 0,5% səviyyəsində inflyasiyaya qarşı 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvarda respublikada inflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilərin və tütünün qiymətləri 1,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıbb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri dəyişməyib”, - Komitədən bildirilir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında inflyasiya 1,7% təşkil edib. Yanvar ayında ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 0,7%, qeyri-ərzaq malları – 1,7%, xidmətlər – 3,2% bahalaşıb.
Statistik məlumatlara görə, yanvarda çörək və çörək məmulatları, yarmalar - 0,2%, kərə və bitki yağı – 0,4%, ucuzlaşıb.
Yanvarda yumurta – 1,6%, süd və süd məhsulları – 0,2%, mineral və sərinləşdirici içkilər, şirələr – 0,2%, balıq və balıq məhsulları – 1,2%, meyvə - 4,7%, tərəvəz – 3%, qənd, cem, bal, şokolad və konfet – 0,2%, tütün məmulatları – 5,8%, alkoqollu içkilər – 0,7% bahalaşıb
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda inflyasiya 2,1% təşkil edib. **
N.Abbasova