Kreml Ermənistan-Azərbaycan şərti sərhədində növbəti insidentlə əlaqədar Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
"Şübhəsiz ki, bu, təmas xəttindən gələn narahatlıq verici xəbərlərdir. Biz hər iki tərəfi təmkinli olmağa, digər tərəfin təxribatçı hesab edə biləcəyi hər hansı bir hərəkətdən qaçmağa çağırırıq", - Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əlavə, o qeyd edib: «Biz çox diqqətlə izləyəcəyik, hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik».
Peskov qeyd edib: “Bu cür hadisələr, ən azı, danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Lakin ümid edirik ki, bu proses davam edəcək”. **