Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığı ifadə edib və tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb.
"Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən atışmalar barədə xəbərlərdən narahatam. Mən hər iki tərəfi güc tətbiqindən çəkinməyə çağırıram. Dialoq davamlı sülhün yeganə yoludur", - o, çərşənbə axşamı" X "sosial şəbəkəsində (əvvəllər Twitter) yazıb. **
R.Kərimov