Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin Bakının gördüyü tədbirlərin şərti sərhəddə eskalasiya üçün bəhanə olması ilə bağlı iddialarını tamamilə əsassız adlandırıb.
“Azərbaycanın hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra (fevralın 12-də şərti sərhəddə - İF) Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi”, - Azərbaycan XİN-in bəyanatında deyilir
Bakıda vurğulayırlar ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.
“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - XİN-dən vurğulanıb.
Xəbər verildiyi kimi, fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub
Ermənistan Müdafiə Nazirliyi etiraf edib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin “qisas əməliyyatı” nəticəsində dörd hərbi qulluqçusu həlak olub. **
X.Nəsirzadə