İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 milyon manat məbləğində istiqrazın yeni emissiyası və yerləşdirilməsini planlaşdırır.
Mərkəzi Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, istiqrazların tədavül müddəti 7200 gün, illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə hər 180 gündən bir təşkil edəcək. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 50 min ədəd səhmə bölünüb.
Hazırda İKZF-nin 1 milyard 744,19 milyon manat məbləğində 2,145 milyon ədəd istiqrazları tədavüldədir.
İKZF 2023-cü ildə istiqrazların yerləşdirilməsindən 400 milyon manat (2022-ci illə müqayisədə azalma 11,1%) cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə