Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel çərşənbə axşamı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədçilərinin mövqelərini atəşə tutmasından təəssüfləndiyini bildirib.
«Dünən ermənilərin Azərbaycan hərbçilərini atəşə tutması (atəş nəticəsində Azərbaycan sərhədçisi yaralanıb - İF) təəssüf doğurur», - o, Ermənistan ilə Aİ arasında Tərəfdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu insident Aİ-nin çoxdan israr etdiyi tərəflərin qoşunları geri çəkməsinin son dərəcə zəruri olduğunu nümayiş etdirib.
Həmçinin, Borrel Brüsselin ölkələrin sərhədlərinə və ərazi bütövlüyünə hörmət əsasında regionda davamlı sülhün dəstəkləklədiyini təkrarlayıb. **