Avropa İttifaqı Ermənistan tərəfinin Aİ ilə yaxınlaşmağa hazır olması barədə bəyanatları nəzərə alıb və Aİ-Ermənistan münasibətlərinin gücləndirilməsi yollarını öyrənirlər. Bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bəyan edib.
"Bu əhval-ruhiyyə ilə bu gün Avropa İttifaqı ilə Ermənistan arasında çox iddialı tərəfdaşlığın yeni gündəliyi üzərində işə başlamaq qərarına gəldik. Bu, çox aydın "yol xəritəsi" və gələcəyin baxışını təmin edəcək", - Borrel çərşənbə axşamı Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
O məlumat verib ki, tərəflər gələcəkdə tərəfdaşlığın müxtəlif variantlarının inkişafını nəzərdə tutub, o cümlədən «viza rejiminin liberallaşdırılması haqqında dialoqa» başlamaq barədə razılığa gəliblər.
Aİ bundan sonra da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək niyyətindədir. **