2024-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 13% azalaraq 2 milyard 401,6 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Operativ məlumatlara əsasən, ötən il 2024-cü ilin yanvar ayında elektrik enerjisi istehsalı İES-lərdə 2 milyard 229,3 milyon kVt·st (bütün istehsalın 93%-i), bərpaolunan enerji mənbələri hesabına 172,3 milyon kVt·st (bütün istehsalın 7%-i) təşkil edib”, - nazirlikdən bildirilir.
Bu dövrdə SES-lərdə 129,4milyon kVt·st, külək elektrik stansiyalarında 5,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 18,2 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 18,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar ayında elektrik enerjisinin ixracı 116,3 milyon kVt·st (2023-cü ilin yanvar ayı ilə müqayisədə -77,3% - İF-Az), idxalı isə 19 milyon kVt·st (+75,9%) olub. **
N.Abbasova