Türkmənistan nümayəndə heyəti region ölkələri arasında beynəlxalq ticarətin və nəqliyyat əlaqələrinin inkişafı məsələlərinin müzakirə olunduğu «İran dəniz iqtisadiyyatı» forumunda iştirak edib. Bu barədə Türkmənistan Dəniz və Çay Nəqliyyatı Agentliyinin saytında məlumat verilir.
Türkmənistan tərəfindən Türkmənistanın «Turkmendenizderyayolları» Dəniz və Çay Nəqliyyatı Agentliyinin nümayəndə heyəti iştirak edib.
Agentlik qeyd edir ki, forum zamanı İranın nəqliyyat şirkətlərinin, dövlət qurumlarının və biznes qruplarının iştirakı ilə «Şimal-Cənub» və «Qərb-Şərq» dəhlizlərində region ölkələri arasında beynəlxalq ticarətin və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı məsələlərə baxılıb.
Xüsusilə, üç nəqliyyat dəhlizi qeyd olunub: Avropa - Rusiya - Azərbaycan - İran - Hindistan; Rusiya - Qazaxıstan - Türkmənistan - İran - Hindistan; Rusiya - İran - Hindistan.
Bundan əlavə, «Behine Tarabar Ajur» şirkətinin baş müşaviri Mustafa Akdam ilə «dəyirmi masa» ətrafında ayrıca danışıqlar aparılıb. Şirkətin nümayəndəsi Türkmənistan nümayəndə heyətini Xəzər dənizi ilə konteyner daşımaları və Əmirabad-Bakı marşrutu ilə yük daşımaları xidmətləri ilə tanış edib. **