SOCAR şirkəti Xatlon vilayətində “Danqara” Azad İqtisadi Zonasının (AİZ) ərazisində “TK-Oil” neft emalı zavodunun (NEZ) işə salınmasına və xammalla təmin olunmasına dəstək göstərəcək. Bu barədəTacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda məlumat verib.
“İnterfaks-Azərbaycan” Tacikistan mətbuatına istinadən onun sözlərindən sitat gətirərək xəbər verir ki, Tacikistan prezidentinin tapşırığı ilə bu məsələ həm Azərbaycanın müvafiq nazirlik və idarələrinin rəhbərlikləri ilə, həm də SOCAR rəhbərliyi ilə müzakirə olunub.
“Danışıqlar nəticəsində tərəflər yekdilqərara gəliblər ki, SOCAR-ın zəngin təcrübəsi və geniş potensialı “TK-Oil” neft emalı zavodunun həm işə salınmasında, həm də onun gələcək xammal təminatına dəstək göstərəcək”,- Zavkizoda deyib.
Nazirqeyd edib ki, hazırda Azərbaycan şirkəti Tacikistan-Çin neft emalı zavodu, “TK-Oil”in təqdim etdiyi sənədləri araşdırır. “İş gedir, ümid edirik ki, zavod yaxın zamanda istifadəyə veriləcək”, - o əlavə edib.
“Danqara” AİZ ərazisində tikilmiş “TK-Oil” NEZ 2018-ci ildən məqbul şəraitdə xammal çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Davamlı olaraq bu zavod üçün Qazaxıstan, Türkmənistan və İrandan neft idxal edilməsi planları barədə məlumat verilib.
Layihə gücü ildə 1.2 milyon ton neft olan zavodun tikintisinə 2014-cü ildə başlanılıb. Müəssisə Çinin “Dong Ying heli Investment and Development” şirkəti tərəfindən yaradılmış “TK-oil” Tacikistan-Çin birgə müəssisəsi tərəfindən tikilib. **
R.Əhmədov