Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Çərşənbə günü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd olunur Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı Ermənistan ərazisinə geri qayıtmağa məcbur edilib, bununla da erməni hərbçilərinin təxribatının qarşısı alınıb. **
B.Rüstəmbəyov